Vuruşlarda keçdi cavan ömrü - günü,
Əzəl gündən yurda eşqi, haqqı, yönü -
Millətinin bağrıyanıq dərdlərini,
Haray çəkib bitdə-bitdə ötdü oğul.
Bir kor zülmət bürüsə də dörd bir yanı,
Bəbəyində işıqlanar sübhün danı.
Bir məsləkə qurban deyib şirin canı,
Bircə yolla addım-addım getdi oğul.
Nadanların əvəzinə ar etməyə,
Gen dünyanı yaltaqlara dar etməyə,
Millətini yaşatmağa, var etməyə
Yeddi oğul istəyirəm, yeddi oğul.
Ozan Emin