XAVƏR ÜÇÜN
 
Karanlıklar çökürkon pəncərəmdə hər axşam,
Parlar, gülər ruhimə gözlərində yanan şam.
0 şam ki, bir günəşdən daha parlak işıldar.
Onda şair qəlbinin başqa bir arzusu var...
Həyat, ölüm, səadət,
Göz yaşları, fəlakət.
Bütün bunlar canlamr xəyalımın önündə,
Və ömrümün bəxtiyar olacağı bir gündə.
Mən sənə bağlıyam bax!
Səni görməzdən qabaq.
Bu dünyada başımdan nələr keçdi, gözəlim,
Gəl unutdur dərdimi, gəl bərabər gözəlim.
İyrənmişəm həyatm başı soyuqluğundan,
Yorğunam sevdiciyim nəşə, kef yoxluğundan
Gəl avla könlümü sən, inanmışam sözünə,
Bəzən sadə və yoxsul görünsəm də gözünə.
Bəni əfv et eşq üçün, bütün bunlar düzələr,
İki gəncin payma yalnız səadət gələr.
 
1932,fevral
 
SƏMƏD VURĞUN SEÇtLMtŞ ƏSƏRLƏRt BEŞ CİLDDƏ ICİLD "ŞƏRQ-QƏRB" BAKI-2005 Bu kitab "Səməd Vurğun. Əsərləri. Yeddi cilddə. I cild" (Bakı, Elm, 1985) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır Tərtib edəni: Aslan Salmansoy Redaktoru: Aybəniz Vurğunqızı