VƏTƏN HƏSRƏTİ
Elindən, günündən ayrılan könül,
Arabir vaxt tapıb ağlasm gərək.
Əziz kimsələri qırılmış kimi,
Yas tutub qaralar bağlasm gərək.
Demirəm incidib üzsün özünü,
Ə1 üzüb dünyadan yumsun gözünü.
Nə qədər olsa da Vətən sözünü,
Duysun ürəyində, anlasm gərək.
Bir şikəstə neyəm, bir qmq kaman,
Görmədim bir bəla-həsrətdən yaman,
Vurğun ellər deyib ağlar hər zaman,
Onun qaydasıdır, ağlasm gərək.
1929
SƏMƏD VURĞUN SEÇtLMtŞ ƏSƏRLƏRt BEŞ CİLDDƏ ICİLD "ŞƏRQ-QƏRB" BAKI-2005 Bu kitab "Səməd Vurğun. Əsərləri. Yeddi cilddə. I cild" (Bakı, Elm, 1985) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır Tərtib edəni: Aslan Salmansoy Redaktoru: Aybəniz Vurğunqızı