TİKANLI SÖZLƏR
Mon yazmamış bilirəm
vo sevinib gülürəm
ki,
xoşuna gəlməyəcək.
bu şerim.
Yanaqlarma
tək xal qoyanlarm;
Bu dünyada
nə mənsəbdən
nə şöhrətdən
doyanlarm.
Çünki mən
nə gülləri, çiçəkləri sayrışan
tər cunalı yazlarm,
nə sarı simləri
sarılıq gətirən
ağ sədəfli sazlarm,
nə də ki,
zumalı düyünlər şairiyəm.
Mən
günəşi yarışa çağıran
böyük günlər şairiyəm...
Yox deyil bizim kəndlərdə
ətəyinin altmda rüşvət alanlar.
Yuxulu,
yorğun
şikayətçiləri
get-gələ salanlar;
Açılır örtülü pərdə...
Sənriyə-sənriyə
piyləndikcə
göbəklərindəki qatlar.
Dərisinə siğmayan bürokratlar
Yox deyil kəndlərdə;
Açılır örtülü pərdə...
Əgər
etmirəmsə səhv,
Onlar olur
gah "fırqəvi",
gah bitərəf;
Hər ikisi birdir,
onlar əlbirdir.
Budur, bax
muxbirin yazdığı kağıza,
Dolaşır ağızdan-ağıza:
Tanıym Salyanda
Yıxılıb küp dibində yatan
və hökümət atlarmı
yarı qiymətinə satan
köhnə çovdar Şirəlini.
Qırmızıları
güllələdiyi zaman
aparmışdı top əlini.
O, Tiflisdə
Qızıl verib sağaltmışdı topalmı...
Tanıym Qazaxda
Gündüzləri
birliyin hesabma yaşayan,
Gecələri
banditlərə
güllə daşıyan
O yöndəmsiz Qulunu;
Pirinə təpik atan
kəndin o yoxsulunu.
Tanıym Gəncədə
Həftəsi tamam olmamış
kənddən şəhərə qaçan
bir gənc müəlliməni;
heç açmadı bu məni...
Söylə şəhər,
ncço nəfər
divarlarmm arasmda
gizlənənlər var?!
Səsini kəndlərdə qeyb edənlərdən,
Söylə, şəhər,
neçə nəfər?
İnanmıram sənə mən!
Edilən cinayətlərin
admı
tut onlardan xəbər al!
Küçələrə məni də sal,
Örtülü düşmən
daha qorxuludur.
1
SƏMƏD VURĞUN SEÇtLMtŞ ƏSƏRLƏRt BEŞ CİLDDƏ ICİLD "ŞƏRQ-QƏRB" BAKI-2005 Bu kitab "Səməd Vurğun. Əsərləri. Yeddi cilddə. I cild" (Bakı, Elm, 1985) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır Tərtib edəni: Aslan Salmansoy Redaktoru: Aybəniz Vurğunqızı