Telefon önümdə göz dağı mənə!
Beş, altı rəqəmi yığa bilmirəm.
Göz yaşım sel olub gözümdən axır,
Qəhər boğazımda, boğa bilmirəm.
Ağlar arzularım, xəyallarımla,
Baş-başa verirəm hər gecə, hər gün.
Görəsən könlümdə yer verməsəydim
Hara sığacaqdı bir belə zülmün?
Həsrətin uzanır, uzanır sənin
Sabaha çıxmağa ümidim yoxdur.
Dərdimin dərmanı səsindir sənin.
Onu da qıymırsan,
Deyirsən çoxdur?
Telefon önündə çəkişmədədir, -
Əlim, barmaqlarım, ürəyim, ağlım!!!
Ay aman! bu dünya necə dar imiş
Arzu, istəyimdən mən hara qaçım ?!
Birdən nömrələri yığıb dalbadal,
Dişlər arasında gizləndi barmaq.
Qaldırdın dəstəyi, mənsə susaraq, -
Danış eşidim səsini,
Danış eşidim səsini,
Hissimə,duyğuma çilə səsini,
Məndən əsirgəmə,nolar səsini ...
Bahar Turkel
aysmel