ŞƏKİ
Dünki* bir lövho ki, hor səmti viran,
Dünki bir sinə ki, başdan-başa qan.
Dünki hicranla, səfalətlə gülən,
O gülüşlərlə belindən bükülən
Yeni bir səhnədə cövlan edirəm,
Sisli, yağmurlu sokaklar' gedirəm.
Qəlbi yox, duyğusu yox, şir kimi nər
Bu yerin dağları hər gün bəzənər.
Bəzənər, sanki xəyalımla tanış,
Nə qədər fitri, gözəl bir yaranış
Ki, dəyişməm onu heç bir gözələ.
Bir zaman bəlkə də əllərdən ələ
Düşərək ömür eləmiş zillətlə.
Əski, pək əski röya, hidotloL.
Həələ çaylardakı coşqun cərəyan,
Bana bir başqa xəyalatı bəyan
Ediyor. Böylə deyirlər ki, bu gün
Ucalır göylərə bir şanlı dügün.
Bən də təbrik edirəm iş bu halı,
Artacaq yurdumun əlbət cəlalı.
1927, iyul
SƏMƏD VURĞUN, SEÇtLMtŞ ƏSƏRLƏRt,BEŞ CİLDDƏ ICİLD "ŞƏRQ-QƏRB" BAKI-2005