ŞİKƏSTƏYƏ MƏKTUB
 
Başma döndüyüm, əziz Şikəstə,
Dinlə məni, halı yaman olmuşam.
Qəlbdən yaralı, könüldən xəstə,
Nanı* zəhər, ruzu' fəğan olmuşam.
 
Çatandan bəridir on beş yaşıma
Çox bəlalar gəlib qanlı başıma,
Baltalar vurulub ömür daşıma,
Bu eşqin yolunda yaman olmuşam.
 
Kəsilib qanadım, uça bilmirəm,
Eşq məhbusuyam qaça bilmirəm.
Heç kəsə dərdimi aça bilmirəm,
Böylə halı çox pərişan olmuşam.
 
Gərçi istər çəkim cövrü cəfa yar,
Mən dilərəm sürsün çoxlu səfa yar,
Qəsd eyləyir mənə o bivəfa yar,
Qəsdinin altmda talan olmuşam.
 
O mələk simalım, şahbaz baxışlım,
O dodağı ballım, ceyran yerişlim,
Həm o siyah* tellim, turac gülüşlüm
Yandmbdır məni, yanan olmuşam.
 
[1926]
 
SƏMƏD VURĞUN, SEÇtLMtŞ ƏSƏRLƏRt,BEŞ CİLDDƏ ICİLD "ŞƏRQ-QƏRB" BAKI-2005