Seni çox sevirdim

 
Seni çox sevirdim ...anlamadın ki,
İncinin qedrini bilmedin heç vaxt.
Bu parlaq qelbimi sene bexş etdim,
Feqet sevemmedin yoxdur mende baxt.(bext)
 
Bilirsen, qelbimi  terk eden günden
Bu canım boşluqda yaşıya  bilmir.
Beşikken mezara dönse de ürek
O ölmüş sevgimi daşıya   bilmir.
 
Sen ülvi sevgimi dara çekenden,
Ezabla , acıyla inleyir ürek.
Zeifden zeifem senin sayende,
O vaxtdan susubdur  dinmeyir ürek.
 
Cah-celal bilmişdim o saf eşqimi,
Sanırdım dünyanın en zenginiyem .
Mehebbetim iflas etdiyi günden-
Dünyanın en kasıb bendesiysem men.
Seadet Qerib 
27.09.2017