ŞAİRİN SƏSİ
 
Mikayıl Müşfiqə
 
Axşamdan boridir könllimdo ycno
Hirsli fırtmalar, qasırğalar var.
Çox da uymayıram könlüm deyənə,
Gözlərim hər şeydə bir hikmət arar.
 
İçim dalğalanır sanki bir dəniz,
Mən bu dalğalarla qucaqlaşıram,
Nələr düşünürəm, duya bilsəniz!
Sanki varlığımdan uzaqlaşıram...
 
Bezən də fikrimin qanadlarmı
Küləklər qoparıb, qaldırır göyə.
Sürürəm əsrimin qır atlarmı,
"Bu axm başqa bir axmdır", - deyə,
 
Bütün arzularım gülür yarma
Xəyaldan ilhamlar almamaq üçün;
Baxıram Leninin kitablarma
Dəstədən geridə qalmamaq üçün.
 
1930
 
SƏMƏD VURĞUN SEÇtLMtŞ ƏSƏRLƏRt BEŞ CİLDDƏ ICİLD "ŞƏRQ-QƏRB" BAKI-2005 Bu kitab "Səməd Vurğun. Əsərləri. Yeddi cilddə. I cild" (Bakı, Elm, 1985) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır Tərtib edəni: Aslan Salmansoy Redaktoru: Aybəniz Vurğunqızı