SAHİLDƏ
 
Ey vahi ki, ruhim yeno bır əski xəyalla...
Sevdayi o halla
Titrər və əsərkən qoca sahillərə baxdım.
Sellər kimi axdım.
Dəryada da qorxunc, dəli bir fırtma vardı.
Artıq su qarardı*.
Sevdalara, xülyalara bənzərdi bu axşam
Üfqümdəki hər şam,
Öz əksini salmışdı suyun bağrna, əlan
Fikrimdəki tufan
Dünyaları gəzmək deyə xülyalara vardı,
Bilməm nə arardı?..
 
[1928]
 
SƏMƏD VURĞUN, SEÇtLMtŞ ƏSƏRLƏRt,BEŞ CİLDDƏ ICİLD "ŞƏRQ-QƏRB" BAKI-2005