SƏYAHƏT
 

Ey vətən! Ey ana! Açıldı yolum,
Ümidim sənəmi, qurbanm olum?
Nədəndir demədin heç mənə - oğlum.
Dolandm nerələr*, de hankı yerlər?
 
Laçmlar yuvası, haylar ocağı,
Kəsilmiş anacan, vəlışəl ' ayağı.
Yamrkən o gecə birliyin dağı,
Titrədi Qafqazm qoynunda yellər.
 
Mən Ağrı dağmda dayandım bir az,
Bir qaya zirvəsi oxurdu şahbaz*
O şiddətli qışm sonunda bu yaz
Yuyurdu tozları kükrəmiş selər...
 
Başdan ayağadək geymiş qırmızı,
Oxurdu türkülər bir gürcü qızı
Parladı gün kimi o dan yıldızı,
Üzündə mərcimək§, köksündə tellər.
 
Açılsm o gülün, baharım olsun,
Lalə tək qızaran bir yarım olsun.
Sonunda ömrümün məzarım olsun
Gəlinli çeşmələr, sünbüllü çöllər.
 
1927
 
SƏMƏD VURĞUN, SEÇtLMtŞ ƏSƏRLƏRt,BEŞ CİLDDƏ ICİLD "ŞƏRQ-QƏRB" BAKI-2005