SƏRİYYƏNİN ÖLÜMÜ
 
Mon görmədim, söyləyirbr bir gecənin sonunda
Sənə qıyan mərhəmətsiz, soyuq bir əl qudurdu.
Bu gün qurmaq istədiyin yeni həyat yolunda,
Ağ smənə sağalmayan isti yaralar vurdu.
Dalğalandı bu xəbərdən xəyalımın dənizi,
Uzaq-uzaq keçmişləri xatırladımnifrətlə...
Bu hal mənə düşündürdü hər qulu, hər kənizi,
Ancaq mən öpdüm onları şerimdəki hörmətlə...
Mən görmədim söyləyirlər hənuz körpə yaşmda,
Ayrılaraq can evindən altunlara satıldm:
O qaranlıq gecələr ki, gəlib durdu qarşmda,
Sevmədiyin bir qocanm qollarma atıldm.
Sən sizi çəkdiyin soyuq ahlar buludlara toxundu,
Baxdım ömür dəftərinə, nə dastanlar oxundu...
O gündən ki, al şəfəqli bir günəşin dalğası,
Buludlarm arasmdan sıyrılıb cilvələndi,
O gündən ki, məzlumlarm safa çıxdı yarası,
Başqa bir göz salmıladı hər şəhəri, hər kəndi.
Artıq sənə ilham verdi, yeni həyat, yeni saz,
Sən də sevinmək istədin, gülmək istədin bir az;
Məbədləri, məscidləri, Məhəmmədin dinini
Ayaqladm şərqə məxsus əfsanələr yurdunu...
Saf havalar udmaq üçün, unutmaqçün dərdini
Sən atıldm klublara, el, oba gördü bunu.
Uzun qara saçlarmı parça-parça kəsərək,
"Yetər əyləncə olduğum!" - deyə bir gün bağırdm.
Bu tufanlar əsrində sən yellər kimi əsərək,
Qımıldandm dodaqaltı, xoş mahnılar çağırdm
Və beləcə gündən-günə aşıb-daşdı əməlin,
O səfalət yuxusundan diksinərək oyandm.
Nə yazıq ki, çox sürmədən ən duyğusuz bir əlin,
Dayanılmaz zərbəsilə qızıl qana boyandm.
 
 
 
SƏMƏD VURĞUN SEÇtLMtŞ ƏSƏRLƏRt BEŞ CİLDDƏ ICİLD "ŞƏRQ-QƏRB" BAKI-2005 Bu kitab "Səməd Vurğun. Əsərləri. Yeddi cilddə. I cild" (Bakı, Elm, 1985) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır Tərtib edəni: Aslan Salmansoy Redaktoru: Aybəniz Vurğunqızı