Səni görcək dedim ey dil, nə dilaradır bu ?!
Bu qədər cazibə var bunda, Züleyxadır bu ?
Can verir naz ilə, min can alır aşiqlərdən,
Gündə min möcüzə var bunda, Məsihadır bu ?
Bircə Məcnun idi Leylanı sevib aşiq olan,
Buna min aşiq olan var, necə Leyladır bu ?!
Eşq dərdin çəkən aşiq meyi-nab içməlidir,
Piri-meyxanə özü verdiyi fitvadır bu.
Zülf sevdası məni gör necə başdan çıxarıb,
Bircə mən bilmədim, axır ki, nə sevdadır bu ?!
Gözəlim, aləmə minlərcə gözəllər gələcək,
Çox da öz hüsnünə fəxr eyləmə, dünyadır bu.
Mənə yüz dəfə vəfasızlıq edən bir gözəli,
Sevirəm mən yenə, gör bir nə müəmmadır bu !
Sən tamaşa elə, Vahid, bu pəriçöhrələrə,
Fürsəti fövt eləmə, yaxşı tamaşadır bu.