SƏHƏRƏ YAXIN
Yığılm başıma, qohum-qardaşlar!
Qoyun bir ah çokiırı ərisin daşlar!
Mehriban insanlar, əziz yoldaşlar!
Bu çərxi-dövrandan aldım bir yara!
Gözəllər dünyası, dilim əzbəri,
Bəlalıdır başım əzəldən bəri;
Halıma yanmayan o gözəl pəri
Deyin üz qoyubdur hansı diyara?
Bilənlər bilir ki, bu yollarda mən
Ağrılar çəkirəm, hər səhər erkən -
Mənim yazıq ruhum ağlar, inlərkən
O mənim adıma deyir "avara".
Bumudur bəşərin vicdanı bilməm?
Nədir bu çəkdiyim - bu bəla, bu qəm?
Ah, o könül quşu, o nazlı həmdəm
Bəlkə, bu dərdimə bulacaq çara.
1929, 19may
SƏMƏD VURĞUN, SEÇtLMtŞ ƏSƏRLƏRt,BEŞ CİLDDƏ ICİLD "ŞƏRQ-QƏRB" BAKI-2005