QAFQAZ
Bilsin axtaranım, tanışım, dostum,
Eşitsin dənizlər, qaralar* məni
Adım çəkiləli qan, irin qusdum.
Çox incitdi mübhəm yaralar məni.
Gələli dünyaya Məhəmməd, İsa,
Qırdı qardaşlığm şah damarmı
Onlarm qoyduğu məscid, kəlisa
Hələ də sormada xaiqm varmı.
Əyildim şahlara, xanlara xeyli
Vuran vurmayana "Sən də vur" dedi.
Ölüm pəncəsində yaşamaq meyli
Cəlladlara qızdı "Bir az dur" dedi.
Əsdi zərbələrlə duyğusuz ruzgar
Dedim "Qara günün, ağ günü" də var.
Artıq aradığım o gün doğalı,
Dillərdə nəğmə var, sularda lalə,
Qoynumda dost əli mehman olalı
Zümrüd yamaclarm bitirdi lalə.
Haqqm, ədalətin dönməyən qolu
Açdı hər qapıya bağlanan yolu
[1928]
SƏMƏD VURĞUN, SEÇtLMtŞ ƏSƏRLƏRt,BEŞ CİLDDƏ ICİLD "ŞƏRQ-QƏRB" BAKI-2005