Ötdü cavanlıq, Qarabağ
 

Canavar nəslinə sərf etdi dumanlıq Qarabağ
Ki, ola onlara hər dəmdə yavanlıq Qarabağ.
 
Qarabağ atlarının keçdiyi dağlar-dərələr,
Erməni eşşəyinə oldu samanlıq Qarabağ.
 
İrəvan xanlığını zəbt eləməkdənsə qaçıb,
Bakıda qurmağa gəldik təzə xanlıq Qarabağ.
 
Bu ona, o biri buna, bu biri ona, o birinə bu,
Belə zəncirlə gedir hökmi-rəvanlıq Qarabağ.
 
Çəkməsək gərçi Tumanyanın əyindən tumanın,
Fatıya olmayacaq yoxsa tumanlıq Qarabağ.
 
İki əqrəbdən asılmış yekə kəfkir kimiyik,
Gah o yanlıq oluruq, gah da bu yanlıq Qarabağ.
 
Dəhşətinlə Baba Pünhana əzablar verdin,
Həsrətinlə sovuşub ötdü cavanlıq, Qarabağ.
 
https://www.azadliq.org/a/24312169.html