ONU GÖRÜRKƏN...
Alovlan, ey könül, yenə alovlan!
Bu gün lap dəyişib o günkü canan.
Dilbərin yorulub səyahətindən,
Düşübdür o keçən təravətindən.
Bir zaman o pəri yalnız yaşardı,
Quş kimi sıldırım dağlar aşardı.
İndi bükülmşdür böylə tez beli,
Sığal verilməyən o qumral teli
Tarimar görürəm... Bu bəsdir mana,
Ey məni tərk edən, qal yana-yana!
1927
SƏMƏD VURĞUN, SEÇtLMtŞ ƏSƏRLƏRt,BEŞ CİLDDƏ ICİLD "ŞƏRQ-QƏRB" BAKI-2005