OLDU
 
Qafil gördüm Erzurum’un elini,
Bizim yerlər gözlərimdə cəm oldu.
Çok çətin ki, bu sevdadan qayıdam,
Yüküm hicran oldu, nəfim qəm oldu.
 
Munis buldum bir sevdanın qəhrini,
Boyladım dəryanı, keçdim nəhrini.
Alosmanın gəzdim cəmi şəhrini,
Mənim kimi eldən düşkün kim oldu?
 
Bu ayrılıq məni çəkdi amana,
Görüm viran qalsın çərxi-zamana,
Aşıq Alı həsrət qaldı canana,
Seryaqub kuyində dəmhadəm oldu.
 
https://www.azadliq.org/a/24302764.html