DAĞITSIN

O cəllad qaşların qəhri, qəzəbi
Qəsd eylər cismimdən canı dağıtsın.
Gözün talan salar Azərbaycan'a
Dilin istər, Alosmanı dağıtsın.

Sürahi gərdənli, qəddi mötədil,
Zəbərcəd kəlməli, misali-bülbül.
Allah'ı sevərsən bircə danış, gül,
Dərdi, qəmi, bu sevdanı dağıtsın.

Uruhum, cismanım, nəbzim, həyatım,
Zinətim, zivərim, adım, isbatım,
Lisanından gəlməyəndə baratım,
Naləm istər bu dünyanı dağıtsın.

Ələsgərem, yandım aman, əl-aman!
Belə mürvət olmaz, ay qaşı yaman!
Hər kim dostdan dosta qandırsa yaman
Tufanasın kərəm kanı dağıtsın!