NƏ VAXT GÜLƏCƏYƏM?
 
No cpdor ırıoyus, ah, no cpdor ölgün,
No cpdor cansızam ycııo ırıon bu gün.
Doyişmiş gördüyün köhno şiri-nor,
Əsorxoyalıma nosimi-kodor.
I Iolo gör ııo halda, gör no domdoyəm?
Bütün varliğimla yəs, ələmdəyəm.
Vücudum torpaqda, sürünür daşda,
Xəyalımsa durur hamıdan başda;
Rəqs edər o mavi, ağ buludlarda,
Enər, nəfəs alar yaşıl otlarda.
Gəzər-gəzər öylə durmadan bir an,
Arar-arar, yavrum, bir geniş meydan;
Öylə bir meydan ki, gülsün azadə,
Çəkdiyim zillətlər düşməsin yadə.
Bəşər dedikləri duyğusuz vicdan,
O boyalı sima, o dönük iman
Bir az da çırpmsm, gülsün, əylənsin
Ucalmaq istərsə, bir qədər ensin;
Ensin, qaranlıqdan kauıiyab' olsun,
Qürurun gülşəni saralsm, solsun!
Dəmir qollarıyla fəxr edən kütlə,
Bağırsm, hayqırsm, həm də cürətlə,
Qursun bir ailə... bircə ailə...
Müjdələr gəlsin bu şeyda bülbülə,
O zaman gülərəm, gülərəm, heyhat...
Bilməm gələcəkmi bir böylə həyat?..
 
[1927]
 
 
SƏMƏD VURĞUN, SEÇtLMtŞ ƏSƏRLƏRt,BEŞ CİLDDƏ ICİLD "ŞƏRQ-QƏRB" BAKI-2005