MATƏM NƏĞMƏSİ

 
Gedərkən sükuta gecənin qəlbi,
Eşitdim sularda matəm nəğməsi.
Bilmədim nəymiş o qətlin səbəbi,
O hadisə heyran qoyur hər kəsi.
Ey insan! O yazıq, o tökdüyün qan
Deyilmidir səndən, deyilmidir can?!
O alçaq işləri duyduqca vicdan,
İnsanm həyata qalmır həvəsi.
Ölən bir deyildir, eşit, ey cəllad!
Min bir yuvanı, bax, sən etdin bərbad,
İnsan! Nədir o səs! Nədir o fəryad? -
Dul qalan gəlinin odlu naləsi!
Sən ölmədin, qardaş! Ölmədin, inan!
Eşqin intiqamı yaşar hər zaman,
Qəlbimdən axan bu kiçik dastan
Arar qaranlıqda ədalət səsi?
 
1928
 
SƏMƏD VURĞUN, SEÇtLMtŞ ƏSƏRLƏRt,BEŞ CİLDDƏ ICİLD "ŞƏRQ-QƏRB" BAKI-2005