Leyli və Məcnun
 
DAYIM HACƏ ÖMƏRİN XATİRƏSİ
 
Hacə Ömər dayım ölüb gedəndə,
Düşdüm müsibətə, bəlaya mən də.
Bu acı tikənin acılığından
Ahım boğazımda qurudu, inan.
Ağlamam, fələkdən qorxum var, deyə,
Qorxuram, dayımın ruhu inciyə.
Saqi! Meyxananın şərab küpündən
Nargilə rəngində şərab ver ki, sən,
Onda dəniz boyda səxavət olsun,
Behişt şərbəti tək bir şərbət olsun.
 
https://www.azadliq.org/a/9500508.html