KOMSOMOL MARŞI
 
Bir yeni qüvvotb sıçradıqca sən
Baxır qüdrətinə sevinir Vətən.
Dağlar da səslənir, daşlar da birdən:
Hücuma tanklarla keçir komsomol,
Təbiət, təslim ol! Düşmən, təslim ol!
 
Qorxub çəkinmədik ölümdən, qandan,
Çıxdıq illər boyu çox imtahandan,
Dağı dağ üstünə qaldrnr insan.
Hücuma tanklarla keçir komsomol,
Bir-iki, bir-iki, bir-iki... Sol! Sol!
 
Daiğalan, bayrağım, qayna, dalğalan!
İgidlər qanıdır rəngindəki qan...
Sabahm qoynunda borular çalan
Hücuma tanklarla keçir komsomol,
Təbiət təslim ol! Düşmən, təslim ol!
 
Kimdir addımmı sağdan atanlar?
Yürüş ahəngini pozub qatanlar?
Yerlərin göylərə işarəsi var:
Hücuma tanklarla keçir komsomol,
Bir-iki, bir-iki... bir-iki... Sol! Sol!
 
Atm güllələri, yayılsm göyə.
Azğm ürəklərə budur hədiyyə!
Dünyada qan izi kəsilsin deyə
Hücuma tanklarla keçir komsomol
Təbiət, təslim ol! Düşmən, təslim ol!
1932
 
SƏMƏD VURĞUN SEÇtLMtŞ ƏSƏRLƏRt BEŞ CİLDDƏ ICİLD "ŞƏRQ-QƏRB" BAKI-2005 Bu kitab "Səməd Vurğun. Əsərləri. Yeddi cilddə. I cild" (Bakı, Elm, 1985) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır Tərtib edəni: Aslan Salmansoy Redaktoru: Aybəniz Vurğunqızı