İlk  mehebbet 

Ömrümə ömür ver deyəndə mənə,
Özümdə bilmədim nə alemdeyem,
Qəlbimi oxşadın məhəbbətinlə,
Bilmədim yerdəyəm, yoxsa göydəyəm.
 
Qədəmi xoş idi ilk məhəbbətin,
Onu ürkütməyə əlim gəlməzdi.
Ürəyim uçundu, əlim titrədi,
Sevmirəm deməyə dilim gəlməzdi.
 
İlk dəfə sehirli bir nağıldaydım,
Dəryalar qoynunda sanki üzürdüm,
Elə bil yuxum da ərşə çəkilmiş,
Özüm öz halıma baxıb, üzüldüm.
 
Əsiri olmuşam ilk məhəbbətin,
Bu necə həyatdır, anlata bilsəm,
İçərəm bu yolda ölüm şərbətin,
O ilk məhəbbəti yaşada bilsem...
Seadet Qerib