Gülsə hər kimsə bizim dediyi-giryanımıza,
Düşsün aləmdə, görüm, hali-pərişanımıza.

Eşq cox dilbəri-bimehrə əsir etdi bizi,
Biri rəhm eyləmədi naləvü əfqanımıza.

Dost sandıq görüb hər şuxu, bəlasın cəkdik,
Düşmən oldu yenə axırda bizim canımıza.

Zövg alar eşgdə bizdən, görüb əhvalımıza,
Hansı dərd əhli əgər gəlsə bizim nöqsanımıza.

Zülf zənçirinə əql ilə əsir olmamışıq,
Eşq divanəsiyik, baxma bu nöqsanımıza.

Gəldi gül fəsli, bizi saqi nəzərdən saldı,
Piri-meyxanə gərəkdir baxa divanımıza.

Dəm qənimətdi, mey ic, Bədrini,Vahid, başa sal,
Bir əlaç olsa, odur dərdi-firanımıza.