Gül yanağun üzrə çün ol sünbüli-sərkəş yatur,
Cümlə sərkəş dillər ana bağlu xoş-naxoş yatur.
Hərki hüsnin Kəbəsində görsə fəttan eynünü,
Der rəvan mehrab içində bir-iki sərxoş yatur.
Çüstü çapuq bir əcəb oğrudur ol hindu sənün,
Baği-cihandan1 sibü gül-şəftalü verüb xoş yatur.
Qabi-qövseynünlə qəmzən oxuna canü dili
Sinəmiz içində həm qurbanü, həm tirkəş yatur.
Gözümün yaşilə ahim atəşindən yerü gög
Xüşkü tər olmuş, Həbibi, həm quru, həm yaş yatur.
1"Baği-candan" olmalıdır -
Əzizağa Məmmədov, HƏBİBİ ŞEİRLƏR, Milli Kitabxana, "ŞƏRQ-QƏRB" BAKI-2006
Bu kitab "Həbibi. Şeirlər" (Bakı, Yazıçı 1980) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır