Gözüm eydür könlümə: şol huri-məhvəşdən saqın,
Könlüm eydür: yürü sən1, var san şol, gözü qaşdan saqın.
 
Könlümü gözüm xəyalünə vətəndir gərçi kim,
Ey sənəm, billah, lütf et, abu atəşdən saqın.
 
Ey bəlalü dil-şikəstə, vey pərişan-hal, eşid
Sözümü: şol cadi sünbül, zülfi-sərkəşdən saqın.
 
Sana gər rüsvayi-xəlq olmaq gərəkməzsə, a dil,
Yürü var şol məsti-cadu iki sərxoşdan saqın.
 
Ol həbibi-bivəfanın qövlinə inanma sən,
Ey Həbibi, sana dedim abu atəşdən saqın.
 
1 "Sən" artıqdır.
 
Əzizağa Məmmədov, HƏBİBİ ŞEİRLƏR, Milli Kitabxana, "ŞƏRQ-QƏRB" BAKI-2006
Bu kitab "Həbibi. Şeirlər" (Bakı, Yazıçı 1980) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır