Gözəlim, gözlərinin söhbəti hər yanda olur,
Bu məlahətli baxışlar quzu, ceyranda olur.
Bir əlac et mənə, istəkli təbibim sənsən,
Aşiqin çarəsi öz sevdiyi cananda olur.
Bülbül istər gülü, tuti şəkəri, mən də səni,
Eşq sevdası bu üç aşiqi-nalanda olur.
Nə təbiət gurub ömründə, nə dünya yetirib,
O gözəllər ki, bizim Azərbaycanda olur.
Gül əgər bülbülü incitsə, "vəfasız" deməyin,
Qızların taqsiri olmaz, günah oğlanda olur!
Bu gözəllik ki, sənin var, gözəlim, insafən,
Nə mələkdə, nə pəridə, nə də bir insanda olur.
Mübtəla könlümə bilmirəm nə olub, hər gün itir,
Axtarırkən yenə ol zulfi- pərişənda olur.
Vahidin bəlli deyil məskəni pərvanə kimi,
Gah şəm`ə dolanır, gah da gülüstanda olur.