Hələ kiminsə kimsəni sevmədiyi qədər,
Hələ bu dünyanın belə görmədiyi qədər,
Səni sevməyə ğələcəm, hamıdan xəlvət
Gecə yuxularının qapısını bağlama!
Gələcəm nəfəsini ciyərimə çəkməyə,
Surətini gözümlə qəlbimə həkk etməyə,
Səsini doya-doya, udum-udum içməyə,
Gecə yuxularının qapısını bağlama!
Mən indi üsyanam, tufanam, alovam, odam,
Hazıram bütün zəncirləri dağıdam, qıram.
Mən sənin aşiqinəm, sənə möhtacam, - nə olar,
Gecə yuxularının qapısını bağlama!
Bahar Turkel
Arif Barutcu