Fuzuli’ye  Benzetme
 
Məndə ar olsaydı ölmek ihtiyar etmezmişim?
Abrunun nolduğun bilseydim ar etmezmişim?
 
Gər şuurum olsa idi düştü düşman bilmeye, --
Şapşalı, Fəzlüllahı işdən kənar etmezmişim?
 
Anlasaydım Esədin fikrin, Sipəhdarın işin, --
Onları məqtuli-tiği-canşikar etmezmişim?
 
Xaki-İranın mənə bir guşəsin versəydilər, --
Kəndimi Abdülhamid tek bəhtiyar etmezmişim?
 
Bilsə idim el məni axir belə müflis qovar, --
Var-yohu dərcib edib əvvəl fərar etmezmişim?
 
Mülki-İranın düşünsəydim əlimdən getməyin, --
Var ikən fürsət о mülkü tarü-mar etməzmidim?
 
Ah, ol dəm ki, Təqizadə mənə əl vermədi, --
Mümkün olsaydı başın təndən kənar etmezmişim?
 
Qoy desinlər, Məmdəli düşdü Ədes sövdasına....
Məncili versəydilər orda qərar etimizmişim?
 
https://www.azadliq.org/a/3551254.html