DOSTLAR XƏBƏRİ
Bir xəbər almışam dostlar əlindən:
Əğyarm başma dünya dar olub.
Gedibdir əlindan hər ixtiyarı,
Pozulub şövkəti tarımar olub.
Mən demişdim ona: eşit, ey insan!
Qalmayacaq sənə sürdüyün dövran.
Bilir Azərbaycan, bilir Dağıstan,
Dərdim el içində bir şüar olub.
Arif ol, ey Vurğun, uyma şöhrətə,
Alışdır özünü barı möhnətə;
Bir bax tarixlərə, bax təbiətə
Ağ günlərin sonu ahu-zar olub.
Artıq bu sözlərin nə mənası var?
Başımda bir köhnə qəm havası var.
Onun Vurğun kimi mübtəlası var,
Bir baxm ki, gedib kimə yar olub?..
1929, 16 serıtyabr
SƏMƏD VURĞUN SEÇtLMtŞ ƏSƏRLƏRt BEŞ CİLDDƏ ICİLD "ŞƏRQ-QƏRB" BAKI-2005 Bu kitab "Səməd Vurğun. Əsərləri. Yeddi cilddə. I cild" (Bakı, Elm, 1985) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır Tərtib edəni: Aslan Salmansoy Redaktoru: Aybəniz Vurğunqızı