DƏYMƏMİŞ

Dad sənin əlindən, a qanlı fələk!
Könül həsrət qaldı yara dəyməmiş!
Köhnə yaram qövr eylədi təzədən,
Təbib neştər vurdu, yara dəyməmiş!

Gözüm qaldı "əlif", "be"ydə, "yasin"də,
Yaradanım, kömək eylə ya sində!
Qaldım Səməndərtək qəm dəryasında,
Yandı balü pərim nara dəyməmiş!

Ələsgər, üsyanın çıḫıbdı sandan,
Öldürsən zənburu, əl çəkməz şandan!
Hərcayıdan, müḫənnəsdən, nadandan
Nə söz qaldı sənətkara dəyməmiş!..