BU DÜNYADA ÜÇ ŞEY BAŞA BƏLADI

Bu dünyada üç şey başa bəladı:
Yaman oğul, yaman arvad, yaman at.
İstəyirsən qurtarasan əlindən,
Birin boşla, birin boşa, birin sat.

Ov keçdi bərədən, ata bilməzsən,
Uçdu getdi əldən, tuta bilməzsən,
Yerisən, yüyürsən, çata bilməzsən,
Görürsən ki, baḫtın yatdı, sən də yat.

Qılma Ələsgər'i məhrumi-didar,
Lütf eylə ləbinden bir busə, ey yar!
İsmin üç hərf ilə eylərəm aşkar;
Biri "kaf"dı, biri "lam"dı, biri "sad".