BİR AZ GÜLMƏK ÜÇÜN
 
Qardaşım Osman Sarıvəlliyə
Söylə sən ey, təbiət! Yoxmu sənin günəşin?
Bu qaranlıq gecələr həmişəlikmi əşin?
Mən də bir insanam, ah! Məna ver sözlərimə,
Bəlkə də kor kimiyəm, işıq ver gözlərimə,
Mən də görüm varlığı, Ayı, Günü, ulduzu;
Hər çiçəyi, hər gülü, hər qadını, hər qızı
Oxşamaqdan yoruldum;
Başqalşmaq istərəm.
Qanadlı bir quş kimi dağlar aşmaq istərəm.
Arzularım çoxalır, mən acizəm uçuşda,
Karvanım çıxdı yoldan bir çıxılmaz yoxuşda...
O qaranlıq gecədə mən itirdim yolumu,
Həyat bükdü belimi... Həyat qırdı qolumu...
Sən ey quduz təbiət! Sən ey zəhərli ruzgar!
Bu nəşəsiz günlərin, söylə, nə mənası var?
Bəlkə də hər bir ağ gün bir qara gün deməkdir...
Bəlkə də hər şirinlik bir acılıq yeməkdir...
Bəlkə yalandır Günəş, həqiqətdir gecələr,
Yordu mənim beynimi bu saysız bilməcələr.
Sorsalar bu pərdəli fəlsəfələr neçindir?
Deyin bu göz yaşları bir az gülmək üçündür.
1930, 5 dekabr
 
SƏMƏD VURĞUN SEÇtLMtŞ ƏSƏRLƏRt BEŞ CİLDDƏ ICİLD "ŞƏRQ-QƏRB" BAKI-2005 Bu kitab "Səməd Vurğun. Əsərləri. Yeddi cilddə. I cild" (Bakı, Elm, 1985) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır Tərtib edəni: Aslan Salmansoy Redaktoru: Aybəniz Vurğunqızı