BƏLKƏ
 

Deyirlər Şəkinin bu yaxm dağı
Bəsləmiş bir maral-hər qəlbə yağı.
Üçüncü gündür ki, aldım sorağı,
Bulacaq dərdimə bir çarə bəlkə...
 
Əyilsin səcdənə ulduzlar, aylar,
Əskimiş* məbədlər, yeni saraylar.
Bir qərib könül var, səni haraylar,
Əlindən sağala bu yarə bəlkə.
 
Nə deyim! Böylədir əzəldən işim,
Gözəllik yoludur mənim gedişim.
Ağarsa saçlarım, tökülsə dişim,
İstərəm yetişəm o yarə, bəlkə...
 
1927
SƏMƏD VURĞUN, SEÇtLMtŞ ƏSƏRLƏRt,BEŞ CİLDDƏ ICİLD "ŞƏRQ-QƏRB" BAKI-2005