Axir aglatdin meni, biganeler gülsün mene

Axır ağlatdın məni,biganələr gülsün mənə,
Şəm tək yaxdın məni,pərvanələr gülsün mənə.

Mən də yalvarram gözüm yaşilə piri-meykədə
Eylə məst etsin məni,məstanələr gülsün mənə.

Pərtövi-xurşidi-ruyin cami-mey içrə görüb,
Ağlaram,qoy dövrede peymanələr gülsün mənə.

Qorxuram,sirri-dəhanın mey içib faş eyləyəm
Məst olam kim,arifi-meyxanələr gülsün mənə

Bağla ol zənciri-zülfünle meni-sərgəştəni,
Qoyma kim,səhranışın divanələr gülsün mənə.

Leylivəş zülfündən ayrı istərəm,Məcnun olam,
Vahidəm,qoy sakini-viranələr gülsün mənə!