Adın, ya Mehdiyi-Sahibzəman, dildən kənar olmaz,
Vüsalın gözləyən heç kəs mənim tək intizar olmaz.
Sənin eşqinlə bir aşiq əgər fəxr etsə xalisdir,
Neçün ki əhli-eşqə bundan əfzəl iftixar olmaz.
Vüsalınçün əsir könlüm, nə səbrim, nə qərarım var,
Gözü yol gözləyəndə qaydadır, səbrü qərar olmaz.
Nə cür sözlər seçim, hansı kəlamla eyləyim vəslin,
Ki təbi-şerdən vəsfi-imam üçün əyar olmaz.
Vəli sənsən pənahi aləmin, aləm sənə çakər,
Sənə yar olmayan bir kimsəyə Xaliq də yar olmaz.
Həqiqət nurunu sal zülmətə, nahəqqi ifşa et,
Xəyanət gizli qaldıqca ədalət aşikar olmaz.
Gədalardan köməklik istəməzlər Şah olan yerdə,
Sənə ümmid edən bir özgəyə ümmidvar olmaz.
Vüsalın təxtini Arif qurub könlündə, ya Mehdi,
Bu təxtə səndən ali, səndən üstün tacidar olmaz.