ƏYİLMƏ!
Həyat! O çox zaman görünür iyrənc,
Bu səhnədə min bir qanlı pərdə var
Sən bu çətinliyə düşsən də, ey gənc,
İçində saxlanan qüdrətə yalvar!
Zaman! O amansız, qatil bir düşkün
Bəzən dünyaları döyər şiddətlə.
Səni də məhv etmək istərsə bir gün,
Hər şeyə qarşı çıx, həm də cürətlə.
Cürət! Odur bizi güldürən hər an,
Cürətsiz bir həyat məhv olur, inan.
İştə bu düsturu öyrənib də sən,
Ər oğlu ər kimi tab et bəlayə.
Mən bu sözlərimlə nə dedim bil sən,
Çırpm üfüqlərə, uç etilayə!
Ey gənc! Səadəti bir xəyal bilmə,
Nə olursa-olsun, yalnız əyilmə!
[1927]
SƏMƏD VURĞUN, SEÇtLMtŞ ƏSƏRLƏRt,BEŞ CİLDDƏ ICİLD "ŞƏRQ-QƏRB" BAKI-2005