ƏMƏK VƏ TƏBİƏT
Günəş doğub yayılmadan qayaları dələrək
Balta vurar, külüng çalar yorulmayan qolları.
Elektrik qüvvəsindən min bir cana gələrək,
O hazırlar yer altmda şöməndüfər* yolları.
Sonra qatar sürətilə trak... trak... tra... rak...
Elçiləyər uzaqları dağı, daşı yırtaraq.
Quş qonmayan o dağlar ki, nərəsindən yıxılar,
Buludlarm rəngi qaçar bu sürətin səsilə;
Nə yoruldum söyləyər o, nə də qəlbi sıxılar,
Yıxar, qurar təbiəti bu günün nəğməsilə.
O bilir ki, döyünməyən, hərəkətsiz bir ürək,
İztirablar keçirirkən mumlar kimi sönəcək;
O bilir ki, bu dünyada bəslənilən hər dilək,
Çətinlikdən çəkinərsə bir xəyala dönəcək.
Odur ki, bax, güvənərək qolundakı qüvvətə,
Dəyişdirir kainatı, yeni bir donda qurur.
Dalğalanan bu axm ki, məni salır heyrətə,
Zaman axır sular kimi, saatlar çox tez vurur.
Əsrlərin qurduğuna qarşı duran bu sürət
Güldürəcək, şübhəsiz ki, görüb duyan kəsləri;
İnsanlığm qüdrətinə təslim olur təbiət,
Şair nəşə içindədir, duyur zəfər səsləri.
1929
SƏMƏD VURĞUN SEÇtLMtŞ ƏSƏRLƏRt BEŞ CİLDDƏ ICİLD "ŞƏRQ-QƏRB" BAKI-2005 Bu kitab "Səməd Vurğun. Əsərləri. Yeddi cilddə. I cild" (Bakı, Elm, 1985) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır Tərtib edəni: Aslan Salmansoy Redaktoru: Aybəniz Vurğunqızı